Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub - TƏFƏRRÜAT

10:43 - 02 / 02 / 2018
Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub -  TƏFƏRRÜAT

Bakıda mənzildəki seyfdən 58 min dolların oğurlanması hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

1news.az "Sputnik”ə istinadən xəbər verir ki, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib.  

Belə ki, 39 yaşlı zərərçəkmiş ötən il noyabrın 16-da və bu il yanvarın 27-də mənzildə ona məxsus olan seyfdən pulların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, pulları özgəsi deyil, ailə başçısının öz həyat yoldaşı oğurlayıb. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.

İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə elan saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə həmin saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.

Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.

O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.

İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri "WhatsApp” yazışmalarında da öz əksini tapıb

Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.

1news.az

 

Paylaş:
679

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər