RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib - FOTO

17:50 - 04 / 02 / 2018
RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib - FOTO

Xərçəng xəstəliyinin bütün dünyada ən əsas ölüm səbəblərindən biri olduğu hamıya məlumdur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Avropa regionunda qan dövranı sistemi xəstəliklərindən sonra bu xəstəlikdən ölüm halları ikinci yerdə gəlir.

Hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Günü kimi qeyd edilir. Bakıdakı "Gənclik Mall" ticarət mərkəzində, Gəncə şəhərinin “ASAN xidmət” mərkəzlərində və “Gəncə Mall” ticarət mərkəzində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı və Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin dəstəyi ilə bununla bağlı maarifləndirici tədbirlər keçirilir.

1news.az-a Fonddan verilən xəbərə görə, Milli Onkologiya Mərkəzinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elturan İsmayılov xərçəngə qarşı beynəlxalq mübarizə gününün yaranma tarixindən ətraflı bəhs edib:

“Beynəlxalq Xərçəng Günü 2000-ci il fevralın 4-də Parisdə Dünya Xərçəng Əleyhinə Birinci Konfransda qəbul edilmiş Xərçənglə Mübarizə Xartiyasına əsasən təsis olunub. Təşkilatçı qismində Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) çıxış edir. Əsas məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi, əhalinin xərçəng xəstəliyi haqqında məlumatlılığının artırılması, bu xəstəliyinin ilkin mərhələdə aşkar edilməsi və müalicəsidir.

Həmçinin xəstəliyin yaranma səbəbləri haqqında da danışan Mərkəzin şöbə müdiri bildirib: “Artıq bir neçə ildir ki, Azərbaycan Milli Onkologiya Mərkəzi Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günündə silsilə maarifləndirici tədbirlər təşkil edir. Bu tədbirlərin keçirilməsi onkoloji xəstəliklər, onların profilaktikası və müalicəsi haqqında əhalinin daha çox məlumatlandırılması baxımından çox səmərəlidir. Onkoloji xəstələrin sayının artmasında əsas amillər ekologiya, qidalanma rejimi, qida məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin yüksəlməsidir. Nəzərə alınmalıdır ki, ətraf mühitin çirkləndirilməsi təkcə onkoloji deyil, digər xəstəliklərin də yaranmasına səbəb olur.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında ən çox süd vəzisinin və uşaqlıq boynunun xərçənginə, kişilərdə isə ağciyər, nəfəs borusu, bronxlar və prostat xərçənginə rast gəlinir. Bu xəstəliyə daha çox 50 yaşdan yuxarı insanlar düçar olur. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilməsini mühüm hesab edirəm və 35-40 yaş arası qadınlara mamoqrafiya müayinəsindən keçməyi məsləhət görürəm. Çünki bu, süd vəzi xərçənginin aşkar edilməsi üçün ən müasir və dəqiq metoddur. Bu xəstəlikdən özünü qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bir çox insan xəstəliyi haqqında onun gücləndiyi və artıq III-IV mərhələyə keçdiyi zaman öyrənir”.

Şöbə müdiri əlavə edib ki, Milli Onkologiya Mərkəzi “Regional İnkişaf” İctimai Birliyi ilə birgə mütəmadi qaydada regionlarda elmi-nəzəri konfranslar, habelə əhalinin onkoloji müayinəsini təşkil edir.

Qeyd edək ki, bugünkü kampaniyanın gedişində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və “Regional inkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən vətəndaşlara onkoloji xəstəliklərin profilaktikası haqqında faydalı məlumatların yer aldığı bukletlər paylanılıb. Bundan başqa, təcrübəli onkoloqlar bu xəstəliklərlə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

S.Xankişiyeva

Paylaş:
1570

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər