Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı | 1news.az | Xəbərlər
İdman

Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

20:51 - 05 / 02 / 2018
Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.

1news.az-ın məlumatına görə, atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.

Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər