Qəbələ 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilib

Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilib.
1news.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Twitter səhifəsində məlumata verilib.
Məlumata görə, bu barədə qərar İƏT ölkələrinin turizm nazirlərinin Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilən 10-cu konfransında qəbul olunub.
Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.
1news.az
621