Millimiz Portuqaliyaya biabırçı hesabla uduzdu | 1news.az | Xəbərlər
Futbol

Millimiz Portuqaliyaya biabırçı hesabla uduzdu

22:26 - 06 / 02 / 2018
Millimiz Portuqaliyaya biabırçı hesabla uduzdu

Futzal üzrə Azərbaycan yığması Sloveniyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxıb.

1news.az-ın məlumatına görə, millimiz Portuqaliya ilə qarşılaşıb. Görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 1:8.

Bununla da Joze Alesionun rəhbərlik etdiyi komandamız Avropa çempionatı ilə vidalaşıb.

Maraqlıdır ki, son dünya çempionatında da millimizi 1/4 finalda Portuqaliya mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.

AVRO-2018

1/4 final

Portuqaliya – Azərbaycan - 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 - Everton Kardoso, 0.54

1news.az

Paylaş:
679

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər