"Prodexpo 2018" sərgisində ermənilərin təxribatının qarşısı alınıb
Rusiyanın paytaxtı Moskvada keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq sərgisində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb.
1news.az