Gürcü rejissor Musiqili Teatrda | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcü rejissor Musiqili Teatrda

16:58 - 07 / 02 / 2018
Gürcü rejissor Musiqili Teatrda

Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hörmətli qonağı  Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Gürcüstan və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İrakli Gogia Azərbaycan və türkdilli ölkələrin örnək ola bilən teatrları ilə rəhbərlik etdiyi teatrın sıx əməkdaşlığının yaradılması təklifi ilə çıxış edib. O, Musiqili Teatrda böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb. Tanınmış teatr xadimi fikirlərini xoş təssüratlarla dilə gətirib:

“Zaqafqaziyada möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək sözün əsl mənasında, mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin açıq-aşkar göründüyü bu sanballı səhnə əsərini yaxın gələcəkdə bizim teatrlarda da görmək istəyirəm. Əslində bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq, dostluq və işgüzar münasibətlərimiz var. Gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundadır”.

Əliqismət Lalayev istedadlı gürcü rejissorunun irəli sürdüyü təklifləri müsbət qarşılayaraq mövcud əlaqələri yüksək qiymətləndirib və bu münasibətlərin gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin inkişafına daha da təkan verəcəyinə ümidvar olduğunu bildirib.

1news.az

Paylaş:
589

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər