Bakıda restoranda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda restoranda yanğın olub

20:46 - 07 / 02 / 2018
Bakıda restoranda yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər