Nazirlikdə 519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlikdə 519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib

21:02 - 07 / 02 / 2018
Nazirlikdə 519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, təqdim edilmiş vakant vəzifələr Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 8 mart 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər