Zakir Qaralov İmişlidə 5 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov İmişlidə 5 rayonun sakinləri ilə görüşəcək

22:11 - 07 / 02 / 2018
Zakir Qaralov İmişlidə 5 rayonun sakinləri ilə görüşəcək

Baş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər