BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

10:19 - 07 / 02 / 2018
BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

1news.az-a BANM-dan verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Elvin İsmayılov müəllifi olduğu “Gənc 3D Printer Mühəndisləri” adlı  layihəsini uğurla həyata keçirib.

BANM-ın təşkilatı dəstəyi ilə icra edilən layihənin Ali Məktəbdə yekun mərasimi keçirilib. Tədbirdə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə, layihədə maraqlı olan BANM-ın və digər universitetlərin tələbələri iştirak ediblər.

Rəhman Rəsulzadə Ali Məktəbin və onun yetişdirdiyi bacarıqlı tələbələrin fəaliyyətini yüksək qiymətləndirib və layihə haqqında öz fikirlərini paylaşıb.

Qeyd edək ki, beş təlimdən ibarət olan layihə üçün 23 dekabrdan bugünədək təlimlər həyat keçirilib. Gənc iştirakçılar təlimlərdə 3D Printerlərin işləmə prinsipi, onların aparat təminatı, 3 ölçülü modelləşdirmə, 3 ölçülü təsviroxuma, kompüter köməyi ilə dizayn proqramları, 3D çapın reallaşdırılması və digər əlaqəli mövzuları nəzəri və tətbiqi şəkildə mənimsəməyə çalışıblar. İştirakçılar öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirmək üçün real olaraq 3D printerlə işləmələr ediblər.

Layihədə iştirak müsahibə yolu ilə keçirilib və seçimdə qalib gələn müxtəlif universitetlərin tələbələri iştirak hüququ qazanıblar. İştirakçılar arasında 10-12 noyabr 2017-ci ildə Kosta-Rikada keçirilmiş Dünya Robot Olimpiadasında (World Robot Olympiad 2017) ilk dəfə olaraq Azərbaycanı təmsil etmiş Qarabağ RC komandasının üzvləri də olub.

Təlimlərdə uğurla iştirak edən tələbələr sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

1news.az

Paylaş:
192

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər