"BakuBus" avtobusundan qəza çəkicini belə oğurladılar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

"BakuBus" avtobusundan qəza çəkicini belə oğurladılar - VİDEO

09:38 - 08 / 02 / 2018
"BakuBus" avtobusundan qəza çəkicini belə oğurladılar - VİDEO

Bir qrup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb.

"BakuBus" MMC-dən 1news.az-a verilən məlumata görə, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə "28 May" m/s-dan "Azadlıq" m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus "99JX-116" dövlət qeydiyyat nişanlı avtobus Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gediş haqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.

Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən zəruri hüquqi prosedurlar həyata keçirilir.

“BakuBus” MMC bildirir ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir. İstənilən sərnişin avtobusda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, ictimai mənafeyə zidd və ya asaişi pozan hərəkətlərə yol verdiyini müşahidə edərsə, dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir. Təcrübə göstərir ki, bir və ya bir neçə sərnişinin vaxtında müdaxilə etməsi, vətəndaş mövqeyini ortaya qoyması baş verəcək xoşagəlməz hadisələrin əvvəlcədən qarşısını alır.

1news.az

 

Paylaş:
679

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər