Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul keçiriləcək

10:06 - 08 / 02 / 2018
Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən “Biznesin idarə edilməsi” (Master of Business Administration) ixtisası üzrə magistratura proqramı tədris ediləcək.  

1news.az-a BANM-dan verilən məlumata görə,  hazırda magistratura pilləsi üzrə  “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üçün də qəbul elan edib.

Qeyd edək ki, Ali Məktəb  MBA proqramı üzrə qəbula cəmi 30 yer ayırıb. Proqram işləyən mütəxəssislər üçün də çox əlverişlidir. Belə ki, dərslər axşam saatlarında keçiriləcək. İki illik MBA proqramı Ali Məktəbin digər ixtisaslarında olduğu kimi  ingilis dilində tədris ediləcək. Tədris BANM-ın yüksək ixtisaslı yerli və əcnəbi professor və müəllimləri tərəfindən aparılacaq.

MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.

Mühəndislik sahəsində ixtisasları və kadr hazırlığı beynəlxalq səviyyədə qəbul edilən, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri həyata keçirən Bakı Ali Neft Məktəbində MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.

1news.az

               

Paylaş:
653

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər