Karateçilərimiz İspaniyada döyüşəcəklər | 1news.az | Xəbərlər
İdman

Karateçilərimiz İspaniyada döyüşəcəklər

22:13 - 08 / 02 / 2018
Karateçilərimiz İspaniyada döyüşəcəklər

Karate üzrə böyüklərdən ibarət milli komandanın ikinci heyətinin 6 üzvü 8-12 fevral tarixlərində İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək nüfuzlu turnirdə iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından 1news.az-a verilən məlumata görə, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi -75 kq), Pənah Abdullayev (-84 kq) və Fidan Teymurova (-50 kq) var.

Qeyd edək ki, İspaniyada bu A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate 1 Premyer Liqa turnirinə hazırlıqları davam etdirir.  

1news.az

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər