A-QROUP şirkətinin “Sevgi fəlsəfəsi”: SEVGİ sığorta biznesini necə dəyişir – FOTO – VİDEO
“All you need is love” – oxuyan “Liverpullu dördlük” belə bir dərin fəlsəfi fikri lakonik ifadə edirdi ki, SEVGİ – hər şeydir və biz, SEVGİ haqqında başqa heç nə bilmirik.
Bəli, sosial statusundan, cinsindən, yaşadığı yerdən, peşəsindən, həyata baxışından və məqsədlərindən asılı olmayaraq hamının sevgiyə ehtiyacı var.
SEVGİ – dünyanın hərəkətverici qüvvəsidir. Bu fikrə şərik olan A-QROUP sığorta şirkəti “Sevginizə doğru” şüarını SEVGİ fəlsəfəsinin devizinə çevirib və yerli bazarda ilk dəfə olaraq bu fəlsəfəni soyuq və sərt biznes aləmində tətbiq edib. Lakin gəlin, hər şey haqqında sıra ilə danışaq.
Deyin görək, bir sığorta şirkətindən gözləntiləriniz nələrdir?
Ən azı, burada hər bir kəs savadlı və dəqiq xidmət göstəriləcəyini və sığorta hadisəsi baş verdikdə ona yardım ediləcəyini gözləyir. Ən yaxşı halda – hər kəs əsl dəstək alacaq və həyatda bir qədər daha cəsarətli olacaq, çünki bəzi qorxularından xilas edilməsə də, belə desək, sığortalayacaqlar. Lakin A-QROUP müştəriyə qayğıda daha da irəliyə getmək barədə tamamilə düzgün qərar qəbul edərək ona ən başlıca şeyləri – səmimi sevgini və qayğını təqdim edir.
Onlar buna necə nail oldular?
İlk növbədə, ofisdə yaradılmış çox erqonomik və vizual baxımdan xoşagələn xarici atmosfer hər bir kəsdə dərhal “SEVGİ” sözü ilə assosiasiya yaradır. A-QROUP şirkətinin bəzi reklam məhsulları isə sevgiyə birbaşa işarə edir, belə ki, şirkətin bütün blanklarında, sığorta polislərində, flayerlərində “SEVGİ” sözündən istifadə edilir.
Sığorta şirkətinin bütün əməkdaşlarının monitorlarında “Müştəriyə sevgi” ekran qoruyucusu durur, eyni sözlər onların fincanları üzərində də yazılıb. Bir sözlə, şirkətin ofisinin astanasından içəri daxil olan hər bir kəsi demək olar ki, SEVGİ dərhal bürüyür.
Aydındır ki, burada təkcə sözlərlə məhdudlaşmaq olmaz və müştərilər SEVGİni həm də hiss etməlidirlər və heç bir fərqi yoxdur: müştəri telefonla şirkətə zəng edir, e-mail yazır, yoxsa A-QROUP şirkətinin saytında və ya A-QROUP şirkətinin Facebook səhifəsində sual verir. Buna görə də, nəinki şirkət işçilərinin yolladıqları elektron məktubların imza bölümü mütləq qaydada “Müştərilərimizə Hörmət və Sevgi ilə” yazısı ilə bitir, hətta telefon danışıqlarında əməkdaşların intonasiyası və səs tembri real və ya potensial müştərini inandırır ki, bu şirkətdə onu həqiqətən də sevirlər.
“SEVGİ fəlsəfəsini” biznesə tətbiq etmək A-QROUP şirkətinin əməkdaşları üçün çətin olmadı, ən azı ona görə ki, məhz bu cür səmimi və mehriban atmosfer şirkətin fəaliyyətinin ilk günlərindən burada hökm sürür. Məsələ burasındadır ki, bu şirkətin əməkdaşları tam səmimi olaraq özlərini bir ailə hesab edirlər. Buna görə də hazırki fəlsəfənin – yəni “SEVGİyə yönəlmə” fəlsəfəsinin istiqamətləri çərçivəsində söhbətlər burada nadir hadisə deyil, əksinə, çox adi bir ünsiyyətdir. Hər səhər iş günü başlayanada bu şirkətdə SEVGİ haqqında mahnılar səsləndirilir.
Sadəcə olaraq, A-QROUP şirkətinin 22-ci ad günü ərəfəsində şirkətin rəhbərliyi belə bir qərara gəlib ki, məhz indiki dövrdə, müxtəlif səbəblərdən həyatın bir çoxlarına sevinc bəxş etmədiyi zamanda daxili fəlsəfəni xarici fəlsəfəyə çevirmək vacibdir, “Müştərilərə sevgi fəlsəfəsi” məhz belə yaranıb.
Lakin təkcə mehriban qarşılıqlı münasibətlər kifayət deyildi, buna görə də şirkətin işçiləri üçün psixoloji treninqlər keçirilib, bu təlimlərin nəticəsi olaraq qeyd edilib ki, sevgini əldə etmək üçün, ilk öncə onu bəxş etməyi öyrənmək lazımdır. Bunun üçün isə, bu SEVGİnin insanın daxilində yaşaması lazımdır. Beləliklə, şirkət işçiləri özünəməxsus psixoterapiya keçiblər və indi özləri ətrafa SEVGİ saçırlar. Bu ab-havaya düşən müştərilərin ürəkləri, sanki çiçək açır, axı səmimi qəlbdən sevildiyini bilmək hər kəs üçün çox vacibdir.
Bu şirkətdə işə düzəlmək istəyənlərə gəldikdə isə, hər bir yeni işçi peşə keyfiyyətlərinin yoxlanmasından əlavə, mütləq qaydada “sevgiyə istiqamətlənmə”, yəni sevgi bəxşetmə qabiliyyəti sınağından da keçir. Empatiya qabiliyyəti olmayanlar, başqasını eşitmək, onu anlamağa çalışmaq, onun hisslərini, əhvalını, problemlərini başa düşmək qabiliyyəti olmayanlar işə götürülmür. Ən azı ona görə ki, onlar artıq sevgi yayımlamağı bacaran əməkdaşlardan ibarət kollektivlə ahəngdarlıq təşkil edə bilməyəcəklər.
Fəlsəfənin tətbiqinə ötən ilin yayında başlanılıb və hazırda şirkətdə məmnuniyyətlə təsdiq edirlər ki, bu fəlsəfə artıq öz bəhrələrini verir.
Ənənəvi olaraq yeni – 2018-ci il üçün hədiyyələr edən A-QROUP bu dəfə öz müştərilərinə və tərəfdaşlarına SEVGİ etirafı etməyi qərara alıb və onlara SEVGİ haqqında mahnılardan və şeirlərdən ibarət kolleksiya hədiyyə edib. Şirkətin əməkdaşları, aktyor olmamalarına baxmayaraq, SEVGİ haqqında şeirləri qəlbən ifa edirdilər, həm bayram əhvalı yaratmağa, həm də öz SEVGİlərini bölüşməyə çalışırıblar. Şirkətin istəyi SEVGİni daha da yaymaq və çoxaltmaq idi! SEVGİ daha da çox olsun deyə!
Şübhəsiz ki, təkcə devizlər və musiqi ilə müştəriyə olan sevgini sübut etmək mümkün deyil. Lakin heç olmasa bir dəfə bu sığorta şirkətində olan hər bir şəxs təsdiq edə bilər ki, burada, hər kəsin onu görməyə şad olduğunu, sevildiyini və lazımlı olduğunu bilmək hissinin yaranması ilə insanın əhvalı yaxşılığa doğru xeyli dəyişir.
Şirkət işçilərinin birbaşa vəzifə öhdəliklərini yerinə yetirmələrinə gəldikdə isə, onlardan daha diqqətli, daha həssas və sevgi dolu əməkdaşlar tapmaq çətindir. Əgər söhbət tibbi sığortadan gedirsə, hər bir müştəri klinikalarda nəinki şirkət əməkdaşının iştirakına və yardımına, növbələrin olmamasına, həm də çox lazımlı dəstək göstərilməsinə və hətta uşaqlara nəzarət etməkdə şirkət işçilərinin köməyinə ümid edə bilər. Hətta şirkətin Mobil Tətbiqi də müştərilərə SEVGİ ilə yaradılıb. Bədbəxt hadisələrə gəldikdə, təkcə SOS düyməsini bir dəfə sıxmaq kifayətdir, şirkətin əməkdaşları ildırım sürəti ilə özlərini onlara çatdıracaq. Heç nə barədə narahat olmaya bilərsiniz, çünki hər kəsə qayğı göstəriləcək. Bu – hər bir işdə belədir.
Çünki SEVGİ – qayğı və müdafiədir, məntiqi olaraq, sığorta şirkəti öz müştərilərinə məhz bunları təmin etməlidir. Şirkətin əməkdaşları zarafatla deyirlər ki, müştəriləri çox güman ki, yalnız cavabsız sevgidən sığortalaya bilməzlər, amma biz bu barədə bu qədər qəti fikir yürütməzdik. Çünki sevildiyini hiss edən insan özü də dəyişir, özünə daha inamlı olur və özü də sevgi saçmağa başlayır. Nəticədə sevgini mütləq öz həyatına cəlb edir.
A-QROUP şirkətinin rəhbərliyi yeni SEVGİ fəlsəfəsini tətbiq edərkən müştərilərin qarşılıqı gələcəyinə əmin idi. Bu gün şirkət əməkdaşları artıq bilirlər ki, onların ideyası uğurla həyata keçib. Lakin başlıcası odur ki, bu möhtəşəm fəlsəfəni biznesə tətbiq etməklə A-QROUP şirkəti SEVGİnin həqiqətən də dünyanı xilas edəcəyi ümidini yenidən dirçəldib. Deməli, hər kəs bir az daha xoşbəxt olacaq. Çünki A A-QROUP şirkətinin əməkdaşlarının dediyi kimi, SEVGİni bəxş etməklə hər kəs mütləq bunun əvəzində SEVGİ əldə edəcək.
Reklam hüququnda