Meksika səfiri Bakıda Britaniya Məktəbinin şagirdləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika səfiri Bakıda Britaniya Məktəbinin şagirdləri ilə görüşüb

17:14 - 09 / 02 / 2018
Meksika səfiri Bakıda Britaniya Məktəbinin şagirdləri ilə görüşüb

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakıda Britaniya Məktəbinin (BSB) təşkil etdiyi Beynəlxalq Həftədə şərəfli qonaq qismində iştirak etmək üçün dəvət olunub.

1news.az -səfirlikdən verilən məlumata görə, onun çıxışı maraqla qarşılanıb. Diplomatın çıxışı ilə iştirakçılar Meksika, onun milli rəmzləri, bəzi adət və ənənələri, eyni zamanda bu Latın Amerikası ölkəsinin görməli yerlərini daha yaxından tanımaq imkanını əldə etdilər. Bundan əlavə, regionun müxtəlif əl işləri nümunələri təqdim olundu. Səfir Labardini, həmçinin, Meksika və Azərbaycan xalqları arasında yaxınlaşmadan danışdı və hər iki ölkənin mədəniyyətləri arasında çoxsaylı oxşarlıqları qeyd etdi.

Şagirdlər səfir Labardiniyə müxtəlif suallar verdi, diplomat isə böyük həvəslə hamısını cavablandırdı. Sonra əldə edilmiş biliklərin maraqlı şəkildə qiymətləndirilməsi məqsədilə şagirdlərə təqdim olunan mövzular üzrə suallar verildi. Sonda həm şagirdlər, həm də müəllimlər Meksika mədəniyyətinə daha da yaxınlaşmaq imkanına görə məmnun olduqlarını ifadə etdilər.

P.Sultanova

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər