Misirdə keçiriləcək torpaqşünaslığa dair konfransa azərbaycanlı alimlər də dəvət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Misirdə keçiriləcək torpaqşünaslığa dair konfransa azərbaycanlı alimlər də dəvət alıb

17:30 - 09 / 02 / 2018
Misirdə keçiriləcək  torpaqşünaslığa dair konfransa azərbaycanlı alimlər də dəvət alıb

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin  AMEA-nın Torpaqşünaslıq və Aqrokimiya İnstitutunda institutun direktoru AMEA-nın müxbir üzvi professor Əlövsət Quliyev və “Aqrobioeko” şirkətinin prezidenti Əli Əlizadə ilə görüşüb.

1news.az-a Mərkəzdən verilən məlumata görə, görüşdə institutun direktoru Ə.Quliyev qonağı salamlayaraq  institutun və  fəaliyyəti haqqında ona məlumat verib.

O, institutun  Azərbaycan, Özbəkistan və Qazaxıstan da Qədim türklərə məxsus kəhrizlərin eyni zamanda Makedoniyalı İskəndərin qazdırdığı kəhriz quyularının araşdırılaraq yenidən ortaya çıxarıdığını qeyd edib.

Daha sonra çıxış edən “Aqrobioeko” şirkətinin prezidenti Əli Əlizadə öz fəaliyyətləri haqqında qonağı məlumatlandırıb. O,  tullantıları götürərək qoxulardan təmizləyib  gübrə hazırladıqlarını və o gübrələrin torpağın münbitləşdirilməsində istifadə etdiklərini qeyd edib. Bununla bağlı şirkətin bir neçə ərəb ölkəsində işlər gördüyünü vurğulayıb.

Çıxış edən Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi onlara dəvət üçün öz təşəkkürünü bildirib. Mərkəzin fəaliyyəti və iki ölkə arasındakı əlaqələrdən danışaraq qeyd edib ki, bu yaxınlarda Misirdə keçiriləcək  torpaqşünaslığa dair beynəlxalq konfransda azərbaycanlı alimlərin iştirak etməsi üçün Misirdən  dəvət göndərilib. Bundan əlavə, Əhməd Sami bu sahə üzrə qarşılıqlı tələbə mübadiləsinin vacibliyini öz çıxışında qeyd edib.

Sonda Əhməd Sami Elaydi institura Qədim Misiri tərənnüm edən papirusu hədiyyə edib.

1news.az  

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər