Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

10:16 - 09 / 02 / 2018
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, paytaxtın Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin   Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə,  Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər