BANM-ın iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb – FOTO

10:13 - 09 / 02 / 2018
BANM-ın iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb – FOTO

Bakı Ali Neft Məktəbinin  (BANM) iki tələbəsi  - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar  BANM-ın rektoru Elmar Qasımov tərəfindən ilin tələbələrinə təqdim edilib.

2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı universitetlərindən olan Heriot-Vattla əməkdaşlıq edən BANM-da təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində, Ali Məktəbin “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə imtahanlar  Heriot-Vattın məsul mütəxəssisləri tərəfindən götürülüb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və partnyor universitetlərində, bütün il ərzində öz akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələri arasında BANM-dan iki tələbəni seçərək mükafatlandırıb.

“Mən semestr imtahanlarının nəticələrinə əsasən 50 nəfər arasından Heriot-Vatt Universitetinin tələbəsi kimi seçilərək ikili diplom proqramına qoşulmuş 21 tələbədən biriyəm. Heriot-Vatt Universitetinin keçirdiyi imtahanlarda ortalama balıma görə isə həmişə ilk 5-likdə olmuşam” – deyə Nərmin Abdullazadə qeyd edib. O həmçinin, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda “Mərkəzdənqaçma nasoslarının paralel işlədilməsi”, “Metal-üzvi-çərçivələrin istixana qazlarının ayrılması və hidrogen saxlanması üçün tətbiqləri” mövzusunda çıxışlar edib  və müxtəlif sertifikatlarla mükafatlandırılıb. Nərmin Abdullazadənin sözlərinə görə, o BANM-da təhsil aldığı müddət ərzində H.Əliyev adına Neft Emalı Zavodu, Azərikimya İB, Türkiyədə “Petkim Petrokimya Holding A.Ş.” kimi müəssisələrdə  istehsalat təcrübələri keçib.

Rəşad Nəzərəliyev isə 2009/2010-cu illərdə Kimya fənni üzrə keçirilən Respublika fənn olimpiadasında birinci yeri tutub, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda “Sintetik qazma mayeləri”, “Neft hasilatının gücləndirilməsi üçün nanotexnologiyanın tətbiqi” kimi mövzularda çıxışlar edərək   sertifikatlar əldə edib, BP-də təcrübə və yay kursu keçib.  

Qeyd edək ki, Nərmin Abdullazadə Bakı Ali Neft Məktəbinə 652, Rəşad Nəzərəliyev isə 677 balla daxil olub.

S.Xankişiyeva

Paylaş:
771

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər