Bakirəliyə qarşı hörmət: himenoplastika ilə bağlı əməliyyat hər kəsi hiddətləndirib

Bu gün ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilmiş ginekoloq tərəfindən təklif olunmuş himenoplastika (cərrahın qadının bəkarət pərdəsini tikməsi) ilə bağlı xəbər Facebook və digər sosial şəbəkələri sözün əsl mənasında partladıb. Yəni buna qədər ölkəmizdə hər kəs bu əməliyyatdan xəbərsizmiş.
Ginekoloq Ramilə Abbaszadə bakirəlik pərdəsinin bərpası ilə bağlı ətraflı məlumat verərək “uzunmüdətli” əməliyyatla “qısamüdətli”ni açıqlayır.
Hələ altı il öncə 1news.az bu həssas mövzunu qaldırıb. Həmin məqalədə həmsöhbətimiz (mərhum) həkim Camal Əzimzadə himenoplastikanın ölkəmizdə ən məşhur ikinci əməliyyat olduğunu qeyd etmişdi.
Altı il öncə bu məqalə “cəsarətli” adlandırılsa da, 2000-ci illərdə həmkarım qəzetlərin birində məqalə dərc edəndə onu az qala cinayətdə ittiham ediblər. Həmin məqalədə ginekoloq bildirib ki, hər kəs bunu edir, lakin HEÇ KƏS açıq-aşkar surətdə bunu söyləmir!”
Həmin söhbətdən təxminən 20 il keçməsinə baxmayaraq, heç nə dəyişməyib. Ginekoloq R.Abbaszadə saytda hər bir əməliyyatın qiymətini dərc edib və hər birinə aydınlıq gətirib. Lakin bu, nədəncə geniş hiddət doğurub.
Yəni bu əmliyyatı istənilən klinika və plastik klinikada etdirmək heç kəsi narhat etmir. Lakin ginekoloqun kabinetinə gizlicə daxil olaraq sakitcə soruşmaq daha yaxşıdır?
Hesab edirik ki, saytın müəllifi hər şeyi çox düzgün edib. Belə ki, bu əməliyyat təcavüzə məruz qalmış və ciddi zədələr almış insanlara köməklik göstərə bilər. Həmçinin bu əmliyyatı etdirən bir çox qızlar “sosial məsuliyyəti aşağı xanımlar” deyil. Ola bilər ki, onlar gənckən saflıqlarından yalanın qurbanı olublar.
Ola bilər ki, gənc qız sevdiyi oğlanla yaxın münasibətdə olub, lakin hansısa səbəbdən onunla ayrılmalı olub. Və indi mentalitetin qəribə xüsusiyyətlərini nəzərə alaraq onun bu əməliyyatı etdirməkdən başqa digər seçimi yoxdur...
Beləliklə, bakirəlik pərdəsinin bərpası ilə bağlı saytda təqdim edilən xidmətlərdən hiddətlənərək narahatlığa heç bir əsas yoxdur. Lakin düşünmək lazımdır ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq nə üçün ölkəmizdə “bakirəlik” düzgün əxlaq sinonimi kimi dəyərləndirilir?
Təmizlik və dürüstlük anlayışlarını fiziki deyil, mənəvi olduğunu dərk etməyənədək heç nə dəyişməyəcək. Və himenoplastika üzrə heç bir saytın bloklanması da hansısa dəyişikliyə səbəb olmayacaq.
Tərcümə: S.Xankişiyeva