Sakaryada böyük bir prospektə “Qarabağ” adı veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sakaryada böyük bir prospektə “Qarabağ” adı veriləcək

19:23 - 10 / 02 / 2018
Sakaryada böyük bir prospektə “Qarabağ” adı veriləcək

Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb.

Qarasu rayon bələdiyyəsinin sədri Mehmet İspiroğlu, Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar və TADF-in Sakarya üzrə təmsilçisi Aliq Bağırov tərəfindən imzalanan sənəddə qeyd olunur ki, bu qərar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm etməklə bərabər, zəngin tariximizə aid həqiqətləri yaşatmaq məqsədi daşıyır.

Mehmet İspiroğlu vurğulayıb ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın təklifi əsasında rayonda ən qısa zamanda “Azərbaycan” adında geniş bir park salınacaqdır.

S.Xankişiyeva

 

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər