Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir

14:24 - 11 / 02 / 2018
Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir

Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4x6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidir.

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib.

Həcc ziyarətinin qiyməti 4150 dollardır.

S.Xankişiyeva

 

Paylaş:
2068

Son xəbərlər

Bütün xəbərlər