Bayramqabağı bahalaşma anonsu: qiymətlər artacaqmı? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bayramqabağı bahalaşma anonsu: qiymətlər artacaqmı?

17:46 - 12 / 02 / 2018
Bayramqabağı bahalaşma anonsu: qiymətlər artacaqmı?

Bir neçə gün öncə Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 6,9 faiz bahalaşıb. Məlumatda bildirilib ki, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətlərində 0,5 faiz bahalaşma müşahidə olunub.

Marketlərdə isə daha çox əhalinin zəruri təlabtı növü olan kərə yağı, yumurtanın, soğanın, kartofun, günəbaxan qarğıdalı yağlarının qiymətlərində bahalaşma müşahidə edilir. Artıq bir aya yaxındır dolların məzənnəsinin sabit qalması ərzaq məhsullarının dəyərində eynilik yox, əksinə qiymətlərdə artım yarandığını deməyə əsas verir.

Bəs market və bazarlarda hökm sürən bahalaşma nə vaxta qədər davam edəcək? Yaxın vaxtlarda əhalinin əsas tələbat növü olan bəzi ərzaqların qiymətində ucuzlaşmanın olacağını şahidi olacağıqmı?

İqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında bildirib ki, manatın dollarla müayisədə məzənnəsinin sabit qalması Azərbaycana digər istiqamətlərdən idxal olunan məhsulların maya dəyərində artıma gətirib çıxarır. Həmçinin bəzi məhsulların xüsusən kərə yağı dünya bazarında müəyyən qədər bahalaşıb. Belə olan halda bu istehlakçı qiymətlərində öz əksini tapır:

“Bütövlükdə 2017-ci ildə bazarların devalvasiyanın nəticələrini daha çox qiyməıtləndirdiklərinin şahidi olduq. Eyni zamanda Azərbaycanda istehsal olunan bəzi məhsulların maya dəyəri artıb. 2017-ci ildə məhsulların istehsal qiymətlərinin indeksi təxminən 35 % faizdən çox olub. Bu da məhsulun birbaşa olaraq bazarlarda son istehlak qiymətlərinin baha olmasına gətirib çıxarır. İl ərzində inflyasiya 13% faizdən çox olub. Bu artım 17% olmaqla daha çox ərzaq məhsullarının qiymətində müşahidə olunub. Ərzaqlar zəruri tələbat məhsul növünə daxil olduğu üçün normal dövrlərdə də qida məmulatlarının istehsalçıları və onu təchizatını təşkil edən subyektlər qiymət artımını daha rahat həyata keçirirlər. Çünki, insanlar əlində olan vəsaitləri bu istiqamətdə xərcləməyə üstünlük verirlər. Qiymət artımlarının olmasına baxmayaraq alıcılıq tempini qorumaq mümkün olur. Düşünürəm ki, bu ildə bu temp təxminən 10% ətrafında olmaqla davam edəcək”.

Ekspert mövsümi xarakterli qiymət dəyişikliyinə də münasibət bildirib:

“Mart ayının əvvəlindən ard-arda bayramların olması məhsullara olan tələbi artırır. Nəticə etibarı ilə də yaranmış şəraitdən istifadə üçün müəyyən təşəbbüsləri təşviq edir. Sahibkarlar qiymətləri artırmaqla mövcud şəraitdə daha çox gəlir əldə etməyə cəhd göstərirlər. Bəzi hallarda məhsullara təlabatn artması nəticəsində qıtlıq yaranır. Bununla da zəruri olan ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınır. Bu baxımdan mart ayında bayram üçün tələb olunan əsas məhsulların qiymətində bahalaşma olacaq, lakin bayramdan sonra bazarlarda durğunluq müşahidə ediləcək. Bununla da müəyyən növ məhsulların qiymətində enmə baş verəcək. Bayram dövrlərində ənənəvi tələbat olan məhsulların xüsusən kənd təsərrüfatında son dövrü olan ərzaqların qiymətində artım olacaq. Tədarük, istehsal prosesi davam edən, mövsümlə əlaqəli olmayan məhsulların qiymətində qısa müddətli bahalaşma nümayiş etdirəcək. Bayramdan sonra isə onların qiymətində ucuzlaşma olacaq. Kənd təsərrüfatı məhsulları, xüsusilə bitkiçilik, əkinçilik məhsulları yeni mövsüm başladıqdan sonra mərhələli şəkildə ucuzlaşacaq”.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə deyib ki, hazırda fabrik yumurtasının satış qiyməti 13 qəpikdir. Bir neçə aydır qiymət bu rəqəm ətrafında tənzimlənir. Lakin, marketlərdə yumurtanın 15 qəpiyə təklif edilməsi onların daxili məsləsidir:

“Toyuqları qidalandırmaq üçün Azərbaycana xaricdən idxal edilən yem dollar qiymətinə gətirilir. Marketlərin yumurtanı faizlə satması normaldır. Bu baxımdan qiymətdə ucuzlaşma gözlənilmir. Yumurtanın qiymətinin qalxması halını müşahidə etməmişik. Əgər kimsə yumurtaya real qiymətdən yuxarı qiymət qoyubsa, buna müdaxilə edə bilmərik. Kənd yumurtasının qiyməti isə 16-17 qəpiyə satılır”.

Aydın Vəliyevin dediklərindən fərqli olaraq isə hazırda marketlərdə fabrik yumurtası 15, kənd yumurtası isə 25 qəpiyə satılır.

1news.az

Paylaş:
622

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər