BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərdə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərdə - FOTO

18:00 - 12 / 02 / 2018
BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərdə - FOTO

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib.

1news.az-ın məlumatına görə, görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edən görüşlərin əsas məqsədi Bakıda daha yüksək tədris göstəricilərinə görə fərqlənən məktəblərlə yanaşı, qismən ətraf ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəllim, şagird və valideyn icmasının nümayəndələri ilə görüşmək, müvafiq məsələlərlə bağlı onların fikirlərini öyrənməkdən ibarətdir.

İlk belə görüş Bakının mərkəzindən təxminən 80 kilometr məsafədə yerləşən Qaradağ rayonu Çeyildağ qəsəbə Səyavuş Muradov adına 224 nömrəli ümumi orta məktəbdə keçirilib.

Öncə qonaqlar məktəblə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocağının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüş zamanı 2017-ci ilin ölkəmizin həyatında bir sıra xüsusi hadisələrlə əlamətdar olduğunu bildirən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” və təhsil nazirinin əmrinə əsasən “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb.

İdarə müdiri qeyd edib ki, bu əlamətdar ildə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər öz fəaliyyətlərini daha səmərəli təşkil etməli, şagirdlərin tədris göstəricilərinin yüksəldilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin, cəmiyyətdə nüfuzuna görə seçilən müəllimlər valideynlərlə əməkdaşlıq istiqamətində daha ardıcıl işlər görməlidirlər. Məktəbin, təhsilin missiyası daha sadə formada izah olunmalı və dövlət təhsil siyasətinin əsas prioritetləri ictimaiyyətə çatdırılmalıdır.

Məhəbbət Vəliyeva son illərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində hətta ən ucqar yaşayış məntəqələrində belə məktəb infrastrukturunun müasir tələblərə cavab verdiyini nəzərə çatdırıb. BŞTİ müdiri vurğulayıb ki, ilbəil ümumi təhsilin nəticələri yüksəlməkdə, ali məktəblərə qəbul göstəriciləri yaxşılaşmaqda, məktəblilərin elmi araşdırmalara və olimpiadalara marağı artmaqdadır. Azərbaycanın təhsil həyatında əldə olunan uğurlar heç də təsadüfi deyil, ölkəmizin sosial-iqtisadi həyatında son 15 ildə qazanılmış nəaliyyətlərlə birbaşa bağlıdır. Bütün bunların fonunda təhsil işçiləri öz vəzifələrini həmişə olduğundan daha üstün səviyyədə yerinə yetirməli, nəinki məktəblilərin, eləcə də ictimaiyyətin, cəmiyyətin yol göstərəni kimi çıxış etməlidirlər.

BŞTİ müdiri dövlətin təhsilə göstərdiyi davamlı qayğının xalqın inkişafına qoyulan ən böyük kapital olduğunu, insanların xoşbəxt gələcəyinə zəmin yaratdığını vurğulayıb. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlər təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədlərinə xidmət edir.

Daha sonra BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər.

Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbə Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbdə görüş keçirilib.

Öncə məktəb haqqında qonaqlara ətraflı məlumat verilib.

Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və digər müvafiq məsələlərə toxunub.

Sonda görüşlərdə müzakirə edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edəcək.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər