Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib

19:21 - 12 / 02 / 2018
Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib

Azərbaycanın Rusiyadakı səfirliyi təyyarə qəzasında ölən ölkə vətəndaşı Namiq Qəhrəmanovla bağlı məlumat yayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir:

“Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan bütün sərnişinlər və heyət üzvləri ölüblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi siyahıya əsasən həyatlarını itirənlər arasında Azərbaycan Respublikasının vətəndaşı Namiq Qəhrəmanov də var. Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Rusiya Fövqəladə Hallar Nazirliyi ilə dərhal əlaqə saxlanılaraq qəzanın detalları, Namiq Qəhrəmanov haqqında məlumat əldə olunub. Bildiririk ki, səfirlik hadisə baş verən dəqiqədən Rusiyanın Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumları ilə təmasdadır. Həlak olmuş soydaşımızın cəsədinin tanınması məqsədilə yaxın ailə üzvləri Moskva şəhərinə gəliblər. Səfirlik onlarla mütəmadi əlaqə saxlayır və lazımi köməklik göstərməyə hazırdır”.

Qeyd edək ki, dünən Rusiya ərazisində baş verən təyyarə qəzasında 71 nəfər ölüb.

1news.az

Paylaş:
409

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər