BANM məzunları 100% işlə təmin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM məzunları 100% işlə təmin olundu

12:01 - 12 / 02 / 2018
BANM məzunları 100% işlə təmin olundu

Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola saldı.

Ali Məktəbdən 1news.az-a verilən məlumasa əsasən, keçən il BANM-ı neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib.

Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə, təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu

Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən

Şikət/təşkilat

Ümumi say

STAR & PETKIM (TÜRKİYƏ)

24

AZNEFT İSTEHSALAT BİRLİYİ

18

SOCAR POLYMER

6

BAKI ALİ NEFT MƏKTƏBİ

6

HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU

5

BP

5

HALLIBURTON

2

MAİRE TECNİMONT

2

GİLAN HOLDİNG

2

SCHLUMBERGER

1

SOCAR Baş Ofis

1

SOCAR Ümid MMC

1

AZƏRİKİMYA

1

NİPİ Neftegas MMC

1

CƏMİ

75 nəfər

Qeyd edək ki, Ali Məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.

Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla, məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.

Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.

Təhsilini davam etdirməyi qərara almış BANM-ın məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:

Universitet

Ölkə

Say

Təhsil pilləsi

Kolorado Mədənlər Məktəbi

ABŞ

1 nəfər

PhD

Bakı Ali Neft Məktəbi

Azərbaycan

14 nəfər

Magistratura

Stanford Universiteti

ABŞ

1 nəfər

Magistratura

Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı

Azərbaycan

6 nəfər

Magistratura

Hamburq Texnologiyalar Universiteti

Almaniya

2 nəfər

Magistratura

Fredrix Aleksandr adına Nürnberq Universiteti

Almaniya

1 nəfər

Magistratura

Turin Politexnik Universiteti

İtaliya

1 nəfər

Magistratura

Milan Politexnik Universiteti

İtaliya

1 nəfər

Magistratura

Kataloniya Politexnik Universiteti

İspaniya

1 nəfər

Magistratura

Ege Universiteti

Türkiyə

1 nəfər

Magistratura

Debrecen Universiteti

Macarıstan

1 nəfər

Magistratura

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti

Macarıstan

1 nəfər

Magistratura

Maliyyə və Administrasiya Universiteti

Çexiya

1 nəfər

Magistratura

CƏMİ

1 nəfər Ph.D və 31 nəfər Magistr

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.

1news.az

 

 

 

 

Paylaş:
1567

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər