Xalq artisti Kamil Vəzirov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Kamil Vəzirov vəfat edib

14:32 - 13 / 02 / 2018
Xalq artisti Kamil Vəzirov vəfat edib

Azərbaycanın xalq artisti, məşhur qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, o, bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Kamil Vəzirov uzun illər Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında çalışıb.

Uzun müddət idi ki, bir sıra xəstəliklərdən əziyyət çəkirdi.

O, mərhum kamança ustası, Əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək. 

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
2842

Son xəbərlər

Bütün xəbərlər