ABŞ səfiri Kürdəmirdə olub

ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta Kürdəmir rayonuna səfər edib.
1news.az xəbər verir ki, səfir Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla birgə Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gənci üçün Karyera Gününün açılışını edbilər.
Tədbirdə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak etdilər.
Səfir Sekuta Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrəndi və güclü gələcək qurmaları üçün idea və resurslar təklif etdi. Daha sonra, ABŞ səfirliyinin əməkdaşları və Kürdəmir Amerika Guşəsi tədbirdə Səfirliyin “Maker Space”-inə aid 3D printerlər və robotlar kimi ən son texnoloji alətlər təqdim edildi. Həmçinin, tələbələr üçün karyera inkişafı resursları və ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirildi.
Çıxışında səfir Sekuta, ABŞ səfirliyinin azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdiyi səylərinin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliyini vurğuladı. 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərib, bunun 125 milyon dolları məcburi köçkünlərə ayırılıb.
Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.
Kürdəmir Amerika Guşəsi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, www.facebook.com/kurdemirac Facebook səhifəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə (012) 488 33 00, daxili: 3617 nömrələrinə zəng edəsiniz.
1news.az