993 qram qızıl məmulatları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

993 qram qızıl məmulatları aşkar edilib

20:54 - 13 / 02 / 2018
993 qram qızıl məmulatları aşkar edilib

Ölkəyə qanunsuz yolla qızıl məmulatlarının keçirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistan Respublikasından “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan Respublikasının vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycan Respublikasına gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında vətəndaş Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan Respublikasının vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə “Bagtyyar” gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək.

Bundan sonra Türkmənistan Respublikasından “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan Respublikası vətəndaşları Palıvanova Oguljennetin və Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib.

Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
611

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər