Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

21:39 - 13 / 02 / 2018
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında fevralın 12-də operativ reyd keçirilib.

1news.az-ın məlumatına görə, operativ reyddə Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Saxlanılan yük maşını Cəlilabad rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.

“Təəssüflə qeyd edirik ki, mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir. Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir”- deyə. ETSN-dən bildiriblər.

1news.az

Paylaş:
366

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər