Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib

09:46 - 13 / 02 / 2018
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

1news.az xəbər verir ki, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. 

1news.az

 

Paylaş:
1432

Son xəbərlər

Bütün xəbərlər