BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

10:57 - 13 / 02 / 2018
BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

1news.az-a BANM-dan verilən məlumata görə,  Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.

Layihənin BANM-ın konfrans zalında keçirilən yekun mərhələsində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Abbas Əlili və Süleyman Süleymanzadə, Ali Məktəbin və digər universitetlərin tələbələri iştirak ediblər. 

Tədbiri öz səmimi sözlərilə  açan layihə rəhbəri Ayaz Səmədli bütün iştirakçıları salamlayıb və layihə haqqında ümumi məlumat verib.   

On təlimdən ibarət olan layihə 11 dekabrdan etibarən təlimlərə başlayıb. Layihədə iştirak müsabiqə yolu ilə keçirilib və seçimdə qalib gələn ilk 28 nəfər iştirak hüququ qazanıb. Təlimlərdə ölkənin altı aparıcı universitetindən olan tələbələr və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri iştirak ediblər. Layihə iştirakçıları təlimlər müddətində alqoritmlər və data strukturlar haqda geniş məlumat əldə edib, öyrəndikləri nəzəri bilikləri praktiki olaraq avtomatik kod qiymətləndirmə sistemi olan e-olymp.com saytı üzərindən tətbiq ediblər. Onlar alqoritmlərin vacibliyi və tətbiq sahələrini mənimsəyib və gələcəkdə öyrəndikləri bilikləri daha da möhkəmləndirmək üçün müvafiq istiqamətləndiriliblər. Təlimin sonunda iştirakçıların öyrəndiyi bilikləri tətbiq etməsi və özlərini yoxlaması üçün xüsusi yarış keçirilib.

Sonda BANM-ın müəllimləri tələbələrə uğurlar arzulayıb və öz dəyərli məsləhətlərini veriblər. İştirakçılar isə layihə haqqında öz fikirlərini və burada öyrəndiklərini necə və hansı istiqamətdə istifadə edəcəkləri haqda danışıblar.          

Təlimlərdə uğurla iştirak edən gənclər sertifikatla təltif olunub, yarışın qaliblərinə isə müxtəlif hədiyyələr təqdim olunub.

1news.az

 

Paylaş:
625

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər