Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları - VİDEO

12:42 - 13 / 02 / 2018
Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları - VİDEO

Rusiyanın Orenburq şəhərində yanğında ölən azərbaycanlıların adları məlum olub.

1news.az  APA-ya istinadla xəbər verir ki, Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.  
 

Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.

Məsimov yanğında həyatını itirən Leyla və Eysevər Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün - Səadət Quliyeva, Sevinc Quliyeva və İzzət Quliyevanın vəziyyəti ağırdır: "Hazırda onlar komadadır, süni nəfəsalma aparatına qoşulublar. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər". 

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib.

Orenburqdakı Azərbaycan icmasından  verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin üzvləri olub. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Yanğını törətdiyi ehtimal olunan qadın da hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.   

1news.az  

Paylaş:
893

Son xəbərlər

Bütün xəbərlər