İtalyan şairə Xocalı faciəsindən bəhs edən kitab yazıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtalyan şairə Xocalı faciəsindən bəhs edən kitab yazıb – FOTO

12:00 - 14 / 02 / 2018
İtalyan şairə Xocalı faciəsindən bəhs edən kitab yazıb – FOTO

İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən “Günahsız” adlı şeirlər toplusunun təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, təqdimat Milan Bələdiyyəsinin hər ay  təşkil etdiyi “Milan  poesiya ilə qovuşdu” layhəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.

Palazzo Marino Milan administrasiyası binasında keçirilən M.Capalbi ilə görüşdə şəhər bələdiyyəsinin rəhbərliyi, yazıçı  və şairlər, jurnalistlər, Güzeppe Verdi adına Milan Dövlət  Konservatoriyasının professor və  tələbə heyəti, musiqiçilər və digər sənətlərin təmsilçiləri, iş adamları və təşkilat rəhbərləri  iştirak edib. Tədbirdə rejissorluğu və aparıcılığı Milan Konservatoriyasının professoru, bəstəkar-şair Azərbaycan Yazıçılar İttifaqinin üzvü Davide Gualtieri edib.

Gənc yaşlarından poeziya həvəs göstərən M.Capalbi uzun illər Milanın Respublika Prokurorluğunda kansler vəzifəsində çalışsa da, yaradıcılığını davam etdirir və hər il poetik antalogiyalarla çıxış edir. Bu fəaliyyətinə görə  şairə   2015-ci ildə “Qızıl Ambrogino” mükafatına layiq görülüb. O, şeirlərində əsasən zülmlərə məruz qalan günahsız uşaqlar və qadınlar haqqında danışır. Müqəddəs qadınları təhqir olunmuş göstərir və qadın obrazını önə çəkir. Qədim vaxtlarda oldugu kimi bu gün də qadınların zorakılığa məruz qaldığını təəssüflə bildirən şairə bütün təbəqələrdən olan və iztirab çəkən, günahsız, əzablara düçar olmuş qadınları cəsarətlə təsvir edib. Onun fikrincə qan, təcavüz içində yaşayan balaca uşaqlar buna öyrəşərək hətta gülə bilir, həyatın belə olduguna da inanırlar. Onlarda qorxu, həyəcan o qədər güclü olur ki, azadlıq veriləndə belə onları əsil insan həyatına qaytarmaq çətin olur. Bu anlar onların ömürlük yaddaşlarına həkk olur.

Tədbirin aparıcısı D.Gualtieri bildirib ki, M.Capalbinin qadın və uşaqzorakılığından bəhs edən şeirləri əslində ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qəddarlıqların təsviridir. O, iştirakçılara Xocalıda öz doğma torpaqlarında şəhid olmuş, ata-baba yurdundan didərgin duşmüşlərin agrısı haqqında məlumat verib. D.Gualtieri həmçinin qeyd edib ki, günahkar təkcə faciəni törədənlər deyil, həm də bu faciəni görüb susanlardır.

Şairə M.Capalbi də bu faciədən ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən yaxşı xəbərdar olduğunu deyib. Azərbaycanı yaxşı tanıdığını vurğulayan şairə ölkəmizin dostu olaraq İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının Milanda təşkil etdiyi Xocalı soyqırımına həsr edilən tədbirlərdə iştirak edərək bizi hər zaman dəstəklədiyini bildirib. O, azərbaycanlı şair və yazıçılarla dostluq münasibətlərindən də bəhs edib.

Görüşdə M.Capalbinin həyat və yaradıcılıgından bəhc olunub, şerlərindən parçalar səsləndirilib, bəzi şeirlər isə mahnı, musiqi və rəqslərlə teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim olunub. Tədbirin bədii hissəsinin yaradıcı heyətində xoreograf, İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Mais Nuriyev də olub.

1news.az

Paylaş:
574

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər