Azərbaycanın elm adamları prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın elm adamları prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər

12:39 - 14 / 02 / 2018
Azərbaycanın elm adamları prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan prezidenti seçkiləri ilə bağlı toplantı keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Ölkə başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair müvafiq sərəncamını xatırladan alim bununla cənab Prezidentin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyatzadə hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Şura sədri vurğulayıb ki, gənclər üçün Prezident Mükafatının təsis edilməsi, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə "İlin gənc alimi" mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşv iq edir. Gənc alim və mütxəssislərin dövlət başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan, eləcə də hər bir Azərbaycan gəncini cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

Tədbirdə çıxış edən digər natiqlər də İlham Əliyevin siyasətini dəstəklədiklərini, fəaliyyətini yüksək qiymətləndirdiklərini, növbəti seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildiriblər.

Tədbirdə Azərbaycan prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası kollektivinin bəyanatı da qəbul edilib. Bəyanatda qeyd olunur ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Bildirilir ki, Azərbaycan Respublikasının elm adamlarının 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
1102

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər