“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

Fevralın 27-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) keçiriləcək yarmarka saat 12:00-da başlayacaq və 20:00-dək davam edəcək.
Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.
Arzu edənlər yarmarkada iştirak edə bilərlər.
1news.az
605