“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub – FOTO - VİDEO

11:09 - 21 / 02 / 2018
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub – FOTO - VİDEO

"ASAN xidmət" dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operasının - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illik yubileyini özünəməxsus şəkildə qeyd edib. 

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, Xalq artisti, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov, xalq artistimiz Gülyaz Məmmədova “ASAN xidmət”də nikahı qeydə alınan cütlüyü təbrik ediblər. Belə ki, sənətçilər Məcnun və Leyli obrazında operadan kiçik bir parça canlı ifa edərək cütlüyə xeyir – dua veriblər.

Əsrdən-əsrə gələn sevgi adı altında maraqlı görüntülər qeydə alınıb və sosial şəbəkələrdə insanların marağına səbəb olub.

S.Xankişiyeva

Paylaş:
2930

Son xəbərlər

Bütün xəbərlər