Fond: Ləğv prosesində olan 5 bankın 21 əmlakı hərracda satılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fond: Ləğv prosesində olan 5 bankın 21 əmlakı hərracda satılıb

17:36 - 01 / 03 / 2018
Fond: Ləğv prosesində olan 5 bankın 21 əmlakı hərracda satılıb

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

1news.az-a Fonddan verilən xəbərə görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı  2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı  Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat satılıb.

Həmçinin  ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı  1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər hərracda satılıb.

Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansındakı  1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobillə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı  “Toyota Camry” avtomobilinin (2014-ci il buraxılışı) ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.

S.Xankişiyeva

 

Paylaş:
562

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər