Ramin Quluzadə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ramin Quluzadə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri ilə görüşüb

21:53 - 01 / 03 / 2018
Ramin Quluzadə Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Vyanaya rəsmi səfər çərçivəsində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri Norbert Hofer ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüş çərçivəsində müxtəlif sektorlar üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.

R. Quluzadə ölkəmizin təşəbbüsü ilə son illərdə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Bununla yanaşı, İKT sahəsində milli səviyyədə həyata keçirilən proqram və layihələr, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə də toxunub.

R. Quluzadə Avstriya şirkətlərini Azərbaycanın İKT və nəqliyat sektorlarında daha fəal olmağa, öz məhsul və həllərini hər il Bakı şəhərində təşkil olunan “Bakutel” sərgisində nümayiş etdirməyə dəvət edib.

N. Hofer ölkəsinin Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərdiyini, bu xüsusda, iki ölkənin müvafiq qurumları, eləcə də, özəl sektor nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsini təklif edib.

Tərəflər ikitərəfli əməkdaşlığın hüquqi bazasını təkmilləşdirmək məqsədilə iki Nazirlik arasında yeni əhatəli Anlaşma Memorandumunun hazırlanaraq, imzalanması üzrə razılıq əldə ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın tənzimlənməsi üçün İKT və nəqliyyat məsələləri üzrə vahid İşçi Qrup yaradılması ilə bağlı qərar qəbul edilib.

R. Quluzadə Azərbaycanın haqlı müraciətinə cavab olaraq, “Austria Telekom” şirkətinə məxsus Bolqarıstanın “M-Tel” mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom”la rouminq sazişini ləğv etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı R.Quluzadə, həmçinin Bakı şəhərinin Ümumdünya Sərgisinə 2025-ci ildə ev sahibliyi etmək namizədliyi barədə məlumat verib və Avstriyanı namizədliyimizi dəstəkləməyə çağırıb.

1news.az

Paylaş:
858

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər