KPMG Azərbaycan “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

KPMG Azərbaycan “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirib - FOTO

14:10 - 02 / 03 / 2018
KPMG Azərbaycan “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirib - FOTO

Fevralın 28-də KPMG Azərbaycan Four Seasons mehmanxanasında biznes icmasının və dövlət şirkətlərinin nümayəndələri üçün “Birləşmə və Satınalmalar: Bilməli olduğunuz məsələlər” mövzusunda seminar keçirib.

Seminarı KPMG Azərbaycan şirkətində Vergi və Hüquq departamentinin partnyoru Müşfiq Əliyev qonaqları salamlayaraq açıq elan edib.

Seminar KPMG-nin MDB və Azərbaycan üzrə vergi, hüquq və maliyyə sahələrində ixtisaslaşan beynəlxalq partnyorlar heyəti tərəfindən aparılıb. Birləşmə və Satınalmaların hüquqi aspektləri üzrə beynəlxalq ekspert qismində KPMG Almaniyanın Partnyoru, Birləşmə və Satınalmalar praktikasının rəhbəri Dr. Folker Balda iştirak edib.

KPMG-nin MDB, Azərbaycan və Almaniyadan olan mütəxəssisləri şirkətlərin yenidən təşkili ilə bağlı qabaqcıl beynəlxalq təcrübələri bölüşdülər. Seminar əsnasında birləşmə və satınalmaların müxtəlif aspektləri, o cümlədən kompleks yoxlama, onun nəticələrinin tranzaksiyanın sonrakı strukturlaşdırılmasına və aktivin qiymətləndirilməsinə təsiri, səhmdarların razılaşması, birgə müəssisələrin düzgün strukturlaşdırılması və s. kimi məsələlər müzakirə olunub.

KPMG Azərbaycan şirkətində Hüquq Xidmətləri Departamentinin Direktoru Fərid İsayev, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi uyğun olaraq, birləşmə və satınalmaların Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb olunması istiqamətində rolunu vurğulayıb.  

Seminara qonaqların fəal iştirak etdiyi interaktiv sual-cavab sessiyası ilə yekun vurulub.

Reklam hüququnda

Paylaş:
989

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər