Azərbaycan neftinin qiyməti 67 dollara çatır
Dünya birjalarında neftin qiyməti artır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar bahalaşaraq 65,64 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar artaraq 62,66 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,62 dollar bahalaşaraq 66,73 dollar olub.
1news.az
629