“Unibank kuboku”nun qalibləri məlum oldu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Unibank kuboku”nun qalibləri məlum oldu – FOTO

16:05 - 12 / 03 / 2018
“Unibank kuboku”nun qalibləri məlum oldu – FOTO

Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı idman növü üzrə “Unibank kuboku -2018”-in qalibləri müəyyən edilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir, 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komanda Tokio-2020-yə ciddi hazırlaşır: “Bizim hesablamalarımıza görə, azı 2 güllə atıcımız 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmalıdır. Güllə atıcılığında bizim yeni tərəfdaşımız Unibankdır və Unibankın komandaya uzunmüddətli və yaxından dəstək olması idmançılarımızı daha da ruhlandırıb”.

 “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin pərakəndə bankçılıq və marketinq üzrə müavini Taleh Tahirli də idmançılara uğurlar arzulayıb: “Biz qürur duyuruq ki, böyük yarışlara hazırlıq zamanı Unibank  Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu yarışda biz idmançılarımızın necə əzmlə mübarizə apardıqlarnı gördük və inanırıq ki, güllə atıcılarımız qarşıdakı beynəlxalq yarışlardan yüksək nəticələrlə dönəcəklər”.

Güllə atıcılığı üzrə Milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Yarışda özüm də idmançı kimi iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı bir yarış oldu. Bu həm də böyük yarışlara hazırlıq idi. Unibank qarşıdakı 3 ildə bizim yaxın dəstəkçimiz olacaq, bu bizi böyük qələbələrə daha da ruhlandırır”.

“Unibank kuboku-2018”in qadın idmançılar arasında qalibi Aybəniz Babayeva: “Bu gün çox gözəl yarış keçdi. Həyəcanlı olsam da, gözəl nəticə əldə etdim. Hədəf təbii ki, Tokio-2020-dir!”

Yarışda milli komandanın qadın və kişilərdən ibarət idmançıları öz qüvvələrini sınayıblar. 
Yarışın nəticələrinə görə qaliblər seçilib:

P1 kateqoriyası (kişilər arasında):
I yer: Kamran Zeynalov (229.0 xal)
II yer: Elşad Məmmədov (227.2 xal)
III yer: Əkbər Muradov (222.4 xal)

P2 kateqoriyası (qadınlar arasında):
I yer: Aybəniz Babayeva (223.4 xal)
II yer: Gülnarə Niftəliyeva (197.8)
III yer: Vüsalə  Kərimova (177.1)

Qaliblərə kubok, medal və Unibank tərəfindən hədiyyələr verilib.
Xatırladaq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

Reklam hüququnda

Paylaş:
706

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər