Gömrük Komitəsi və ABŞ Dövlət Departamenti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gömrük Komitəsi və ABŞ Dövlət Departamenti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

19:12 - 15 / 03 / 2018
Gömrük Komitəsi və ABŞ Dövlət Departamenti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Dövlət Gömrük Komitəsi və ABŞ Dövlət Departamenti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr martın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti, xanım Karen Çeyson ilə görüşündə aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, DGK sədri Aydın Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, eləcə də gömrük işinin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan gömrüyü ilə ABŞ-ın müxtəlif qurumları arasındakı uzun illərdir davam edən səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Aydın Əliyev bu əməkdaşlığın nəticəsi olaraq gömrük vergiləri, ixraca nəzarət sahəsində qanunvericiliyin hazırlanması, kinoloji xidmət itlərinin təlim mərkəzinin yaradılması və digər istiqamətlərdə mühüm nəticələr əldə olunduğunu bildirib. Azərbaycanda qaçaqmalçılığa qarşı görülən tədbirlərdən də bəhs edən komitə sədri qeyd edib ki, gömrük orqanları tərəfindən son iki ildə 3 ton 851 kiloqramdan çox narkotik, o cümlədən əksər hissəsi Avropaya aparılmaq üçün nəzərdə tutulan 1 ton 214 kiloqramdan çox heroin qanunsuz dövriyyədən çıxarılıb.

Komitə sədri hazırda ABŞ-ın dəstəyi ilə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirildiyini və bu tədbirlərin gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynadığını vurğulayıb və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirib.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti, xanım Karen Çeyson təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasında ixrac nəzarəti və digər sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan məmnunluqla bəhs edib. O, artıq təmsil etdiyi qurumun Qafqaz ölkələrində həyata keçirilən proqramları üzrə rəhbər təyin olunduğunu və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Daha sonra görüşdə Əfqanıstan gömrükçüləri üçün ABŞ Dövlət Departamentinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Rergional Ofisində keçirilən təlimlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
698

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər