Samsung-dan üçlü təklif – yeni smartfon, Wireless Charger və eksklüziv displey zəmanəti
Bir müddət öncə yeni Samsung Galaxy S9 xəttinin smartfonlarının rəsmi təqdimatı Barselonada keçirilmiş MWC 2018 sərgisi çərçivəsində gerçəkləşib.
Galaxy S9/S9+smartfonları bir çox dəyişikliklər və yeniliklərlə istifadəçilərə təqdim edilib. “Gəlişlərindən” bir o qədər də çox zaman keçməsə də, flaqmanlar ekspertlərin müsbət rəylərini almağa müvəffəq olub və bir neçə mükafata layiq görülüblər. Belə ki, Display Mate labarotoriyasının ekspertləri telefon bazarında Galaxy S9-u ən yaxşı displey ilə təchiz olunmuş smartfon adlandırıblar. Mütəxəssislər qeyd edib ki, smartfonun ekranı rəngləri o qədər təbii və dolğun ifadə edir ki, “orijinaldan fərqləndirmək olmur”.
Qeyd edək ki, smartfonlar 18,5:9 icazəli, S9 və S9+-a müvafiq olaraq 5,8” və 6,2” SuperAMOLED ekranla təchiz olunublar. Galaxy S9-unpalitra diapazonunun dəqiq və incə tənzimlənməsi sayəsində rənglər daha dəqiq ötürülür. Daha bir vacib məqam isə burada sizin seçiminizlə dəyişən dördrəng ötürmə rejiminin mövcudluğudur. Bu rejimlər sayəsində smartfonunuzun displeyini özünüzə uyğun şəkildə tənzimləyə bilərsiniz. Bu rejimlərin hər biri ifadə intensivliyi ilə fərqlənir və populyar DCI-P3 və Rec.709 standartlarına uyğundur. Lakin, daha yaxşı nəticə əldə etmək üçün “standart” rejimə üstünlük vermək tövsiyə olunur.
Həmçinin, Galaxy S9-un displeyi köhnə nəsil modellərdən 20% daha parlaqdır. Flaqmanda parlaqlığın maksimal dərəcəsi 1000 nit təşkil edir, günəş işığında isə bu göstərici daha 13% artır.
Qeyd edək ki, smatrfonlar yaxın günlərdə satışa çıxarılacaq. Mart ayının 9-dan 22-dək isə istifadəçilərin öncədən sifariş təklifindən istifadə etmək imkanları var. Belə ki, Galaxy S9 və S9+ smartfonlarını öncədən sifariş edərkən siz həmçinin Wirelesss Charger-i hədiyyə olaraq qazanırsınız.
Əlavə olaraq, Samsung şirkətinin sizlər üçün xüsusi təklifi var. Galaxy S9 xəttinin smartfonlarını alarkən siz “Eksklüziv displey zəmanətinə” sahib olursunuz və 1 il ərzində hər hansı gözlənilməz səbəbdən sıradan çıxmış ekranınızı cəmi 49 AZN-ə dəyişmək imkanı qazanırsınız. Aksiya 30 iyun 2018-ci il tarixinə qədər əldə edilmiş bütün Galaxy S9/S9+ smatfonlarına keçərlidir. Aksiya çərçivəsində displeyi yalnız 1 dəfə dəyişmək olar.
Beləliklə, qabaqcadan cəmi 50 AZN ödəməklə siz bir deyil, üç xüsusi təklifdən yararlanaraq, müasir və multifunksional flaqmanın ilk sahiblərindən olmaqla birlikdə həm Wireless Charger, həm də “Eksklüziv displey zəmanətinə” sahib olursunuz. Belə bir təklifi qaçırmaq olmaz!
Galaxy S9 xəttinin yeni smartfonları və öncədən sifarış haqqında əlavə məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.
Reklam hüququnda