Yunis Hüseynov: “4 oyunda heç-heçə etməli idik” | 1news.az | Xəbərlər
Futbol

Yunis Hüseynov: “4 oyunda heç-heçə etməli idik”

18:52 - 28 / 03 / 2018
Yunis Hüseynov: “4 oyunda heç-heçə etməli idik”

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov klubun saytına müsahibə verib.

1news.az saytı həmin müsahibəni təqdim edir:

- Hazırlıq prosesi necə gedir?

- Məşqlərimiz normal şəkildə davam edir. Futbolçular oyunlara səylə hazırlaşırlar. Əhval-ruhiyyə yaxşıdı.

- Qarşıda ardıcıl 3 ev oyunu var. Nə düşünürsüz?

- Bizim üçün hər bir oyun ağırdı. Bütün görüşlərə qələbə əzmi ilə çıxmalıyıq ki, sonuncu pillədən yaxa qurtara bilək. Bizə 3 xal sərf edir. Amma bunun öhdəsindən nə dərəcədə gələcəyik, onu zaman göstərəcək. Uşaqlara inanıram, komandamız qalib gəlməyə qadirdir. Oyunçuların göstərdiyi oyun yaxşıdı. Geridə qalan 6 oyundan 5-də məğlub olmuşuq. Uduzduğumuz matçlarda bəxtsizlik də rol oynayıb. Ən azı 4 qarşılaşmada minimum heç-heçə etməli idik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qollarla uduzmuşuq. Bu problemi aradan qaldırmalıyıq. Psixoloji cəhətdən oyuna hazır olmalıyıq.

- Hər bir məşqçinin arzusu komandasında yer alan futbolçuların zədəli olmamasıdı. Bu mənada uzun müddət zədəli olan Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçesterin sıraya dönməsi sizi sevindirməyə bilməz...

- Əlbəttə, məşqçinin istəyi yetirmələrinin tam sağlam olmasıdı. Amma bəzən zədədən sığortalanmaq mümkün deyil. Siz dediyiniz oyunçular komandanın əsas heyətinin üzvləridi. Şükürlər olsun ki, müalicə prosesi qısa çəkdi və onlar sıralarımıza qoşuldular. Bu, məni olduqca sevindirir.

- “Kəpəz”dən əsas milliyə çağırılan Şəhriyar Rəhimov haqda nə deyə bilərsiz?

- Bizim üçün sevindirici haldı. Komandamızdan kapitanın yığmaya cəlb olunması hamımızın uğurudu. Arzu edirəm ki, davamlı olsun, onu tez-tez ölkənin əsas komandasında görə bilək. “Kəpəz”dən daha çox futbolçunun milliyə dəvət almasını istərdim. Amma hər şey oyunçuların özündən asılıdı. Bunun üçün onlar öz üzərlərində çox çalışmalı, inkişaf etməlidilər.

1news.az

Paylaş:
677

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər