Azərbaycan Beynəlxalq Bankından yenilənmiş internet bankçılıq xidməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından yenilənmiş internet bankçılıq xidməti

14:32 - 05 / 04 / 2018
Azərbaycan Beynəlxalq Bankından yenilənmiş internet bankçılıq xidməti

Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan Backbase şirkətinin platforması üzərində yenilənmiş – “IBAnking” internet bankçılıq xidmətini müştərilərin istifadəsinə verib.

Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. Xatırladaq ki, bundan bir neçə ay öncə Bank öz “IBAm” mobil əlavəsini istifadəyə vermişdi. “IBAm” mobil əlavəsinin istifadəçiləri öz mövcud istifadəçi adları və şifrələri ilə “IBAnking”dən  istifadə edə bilərlər.

Həmçinin 16 may tarixinə qədər hər iki xidmət üzrə bir çox xidmətlərdən heç bir komissiya  haqqı olmadan və endirimli tariflərlə yararlanmaq olar. Müştərilər bu xidmətə həm şəxsiyyət vəsiqəsi və mobil nömrələri vasitəsilə, həm də ATM vasitəsilə qoşula bilər.

“IBAnking” internet bankçılıq sisteminin istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

- Hesablar barədə məlumatın əldə edilməsi;

- Müştərinin bankda mövcud olan kreditləri və əmanətləri barədə məlumatların əldə edilməsi;

- Təcili kredit sifarişi sorğusunun yerləşdirilməsi;

- Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

- Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

- Kartların bloklaşdırılması və blokdan çıxarılması;

- “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

- Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara, həm də xarici ölkələrin VİSA və Mastercard tipli ödəniş kartlarına köçürmələr;

- Müştərinin bankdakı mövcud kartları və cari hesabları arasında köçürmələr;

- Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

- Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, “IBAnking”ə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur. Bankın müştəriləri üçün xidmətə qoşulma və istifadə tamamilə pulsuzdur. “IBAnking” xidmətinə Azərbaycan Beynəlxalq Bankının bankomatları, yaxud bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
720

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər