Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı

09:48 - 05 / 04 / 2018
Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı

Facebook şirkəti Cambridge Analytica-nın iştirakı ilə məlumat sızıntısından zərər çəkmiş istifadəçilərin dəqiq sayını açıqlayıb.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, ilk əvvəl məlumat verilmişdi ki, bu hadisə çərçivəsində 50 milyon istifadəçi zərər çəkib.

İndi isə məlum olub ki, əslində söhbət 87 milyon istifadəçidən gedir. Sosial şəbəkə Cambridge Analytica şirkətinin hansı məlumatları əldə etdiyi barəsində zərər çəkmiş istifadəçilərə bildiriş göndərərək onları məlumatlandıracaq.

İsitfadəçilər bildirişi ana səhifənin yuxarı hissəsində görəcəklər. Həmin bildirişdə həmçinin şəxsi məlumatlardan istifadə edən bütün tətbiqlərin adları da yerləşdiriləcək. İsitfadəçilər daha sonradan həmin tətbiqləri silə bilərlər. Qeyd etmək lazımdır ki, Cambridge Analytica şirkəti sosial şəbəkənin qaydalarından yan keçərək istifadəçilərin də xəbəri olmadan onların məlumatlarını əldə edib. Şirkət həmin məlumatları siyasi reklamların və həmçinin 2016-cı ildə Donald Trump-ın seçkiqabağı kampaniyasının inkişafında istifadə edib.

S.Xankişiyeva

Paylaş:
531

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər