Dünya birjalarında neftin qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti

13:00 - 06 / 04 / 2018
Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar ucuzlaşaraq 68,02 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar azalaraq 63,20 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar bahalaşaraq 69,94 dollar olub.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər