Daha 178 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 178 dövlət əmlakı hərraca çıxarılacaq

20:22 - 09 / 04 / 2018
Daha 178 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 8-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 5000 kvadratmetr arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Tərtər, Yevlax, İsmayıllı və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı, Şəmkir yun tədarükü məntəqəsi, Qusar Tədarük Satış Bazası kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşdirilməyə çıxarılıb. Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi belə əmlaklardandır. Həmin əmlakın ümumi faydalı sahəsi 250 kvadratmetrə yaxın, torpaq sahəsi isə 26 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi yeyinti, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Nərimanov rayonunda yerləşən 7 saylı mağazanı misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 400 kvadratmetrə yaxındır.

Mayın 8-də keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evlərinin özəlləşdirilməyə çıxarılmasıdır. Həmin əmlakların ilkin satış qiyməti o qədər də baha deyil. Məsələn, Yardımlı rayonunda yerləşən Şəhər klubu 2 min 500 manata özəlləşdirilməyə çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 80 kvadratmetr, torpaq sahəsi isə 100 kvadratmetrdir. Hərraca qoşulmaq istəyənlər öncədən 250 manat beh ödəməlidirlər.

Xaçmaz rayonunda yerləşən Sərkərli kənd klubu da sərfəli qiymətə özəlləşdirilməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiyməti 4 min 500 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 66 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrdən çoxdur.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 48-i paytaxtda, qalanları isə Sumqayıt, Lənkəran və Siyəzəndə yerləşir. Belə əmlakların sahəsi 25 kvadratmetr ilə 1612 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlər sırasında “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3” və digər bu kimi səhmdar cəmiyyətlər var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2006-cı ildir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

Paylaş:
517

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər