Qırmızı korpuslu “iPhone” təqdim olunub
“Apple” korporasiyası qırmızı korpuslu yeni “iPhone 8” modelini təqdim edib.
1news.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Yeni versiya “RED” xeyriyyə kampaniyası çərçivəsində ərsəyə gəlib. Ona görə də, xüsusi versiyanın buraxılışından əldə olunan gəlirin bir hissəsi Qlobal QİÇS əleyhinə mübarizə fonduna köçürüləcək.
Yalnız “iPhone 8” və “8 Plus”un 64 və 256 qiqabayt versiyalarının qırmızı korpuslu olacağı bildirilir (qırmızı korpuslu “iPhone X” buraxılmayacaq).
Smartfonun satışına, 700 dollardan başlayan qiymətlə aprelin 13-də start veriləcək.
1news.az
854